Bakıda güclü YANĞIN:  söndürüldü - VİDEO  - YENİLƏNİB
26 may 2022 16:14 (UTC +04:00)

Bakıda güclü YANĞIN: söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Lent.az-a verilən məlumata görə, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

anğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

***

15.25

Bakıda sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının məhdudlaşdırılması üçün aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri səfərbər edilib. Nəticədə yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıda yanğın başlayıb

# 7128
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA:  Sürücülük hüququndan məhrum edilə bilər

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA: Sürücülük hüququndan məhrum edilə bilər

28 mart 2024 , 20:43
Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

28 mart 2024 , 19:38
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12