Bakıda fəhlə  FACİƏLİ   şəkildə öldü
28 fevral 2022 10:12 (UTC +04:00)

Bakıda fəhlə FACİƏLİ şəkildə öldü

Bakıda fəhlənin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı prokurorluq rəsmi məlumat yayıb.

Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində inşa etdiyi hündürmərtəbəli binanın tikinti sahəsində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə ötən gecə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Orada tikinti gedən binalardan birində fəhlə işləyən 28 yaşlı Əlizadə Tərlan Ədil oğlu yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Mehman Nəbiyev

Oxşar yazılar