Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 72 yaşlı Bəhramov Aleksandr Xəyyam oğlunun meyiti yaşadığı evdə aşkar edilib.
Onun meyitini qonşuları tapıblar. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.