Bakıda dələduz "maşın alverçisi" lizinqdə olan  "mercedes"ləri satdı
24 iyun 2022 16:52 (UTC +04:00)

Bakıda dələduz "maşın alverçisi" lizinqdə olan "mercedes"ləri satdı

Bakıda avtomobil satışı zamanı dələduzluğa yol verən şəxsin əməlləri ifşa edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, dələduzluğa görə təqsirləndirilən Quliyev Ramin Zakir oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Əldə etdiyimiz məlumata görə, 42 yaşlı R. Quliyevin əməlindən 4 zərərçəkmiş var. O, həmin şəxsləri maşın satarkən aldadıb. Belə ki, R. Quliyev bir neçə şirkətdə lizinqdə olan “Mercedes” markalı avtomobilləri zərərçəkmişlərə satıb. Bu yolla o, ümumilikdə 44 min manat məbləğində pul əldə edib.

Hazırda məhkəmə istintaqı davam edir.

# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar