Bakıda DƏHŞƏTLİ QƏZA:  İki bacı öldü   - YENİLƏNİB
20 dekabr 2022 19:50 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏZA: İki bacı öldü - YENİLƏNİB

Xəzər rayonu, Qala-Türkan yolunda ağır yol qəzasənda 1 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 20-də saat 17:30-də “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-2107” avtomobilin sürücüsü, 63 yaşlı Qurban Əliyev, sərnişinləri - 13 yaşlı Lütfəlizadə Aminə və 16 yaşlı bacısı Zalina həyatlarını itirib.

Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

***

18:18

Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu gün saat 17:30-da “VAZ-2107” və “Hunday” markalı avtomobillər toquşşub.

İlkin məlumata görə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7130

Oxşar yazılar