Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Nəsimi Məmmədov küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində baş verib.
Məmmədov Elməddin Babahüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını Əlizadə İsa Fikrət oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə İ. Əlizadə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.