Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının son 1 həftədə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılanlar Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışı ilə məşğul olublar.
Aşkar edilən bütün faktlarla əlaqədar idarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.