Bakı şəhərinin Xətai rayonunda baş verən zəncirvarı qəza nəticəsində üç avtomobilə ziyan dəyib.
Lent.az xəbər verir ki, hadisə Fəzail Bayramov küçəsi, 8 ünvanında qeydə alınıb.
İlkin məlumatlara görə, “Toyota” markalı avtomobil yol kənarında park edilmiş “VAZ 2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ 2107” yaxınlıqda park edilmiş “Mercedes” markalı avtomobilə də dəyib. Nəticədə hər üç nəqliyyat vasitəsi zədələnib.
Hadisə ilə bağlı araşdırma aparılır.