Bakıda AĞIR QƏZA:  sürücü son anda qurtarıldı
17 mart 2022 09:21 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: sürücü son anda qurtarıldı

Bakıda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda “BMW” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “BMW” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1845
avatar

Mehman Nəbiyev

Oxşar yazılar