Bakıda 6 evdən oğurluq edən tutuldu - VİDEO
29 fevral 2024 16:50 (UTC +04:00)

Bakıda 6 evdən oğurluq edən tutuldu - VİDEO

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 28 yaşlı Vüsal Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

# 2427
avatar

Oxşar yazılar