Bakıda 16 mərtəbəli binada YANĞIN:  Sakinlər evdən çıxarıldı  -YENİLƏNİB
20 sentyabr 2024 23:47 (UTC +04:00)

Bakıda 16 mərtəbəli binada YANĞIN: Sakinlər evdən çıxarıldı -YENİLƏNİB

Bakının Nərimanov rayonunda 16 mərtəbəli binada baş verən yanğın söndürülüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

***
23:12


Bakının Nərimanov rayonunda binada yanğın olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

Oxşar yazılar