Bakı və Sumqayıt işıqsız qala bilərdi, amma... - VİDEO
06 oktyabr 2022 16:04 (UTC +04:00)

Bakı və Sumqayıt işıqsız qala bilərdi, amma... - VİDEO

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksək gərginlikli strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oğurluqlar nəticəsində paytaxtın fasiləsiz enerji ilə təchizatı ciddi təhlükə altında qalıb.

Hadisə ilə bağlı dərhal Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Bu şəxslərə məxsus obyektə baxış zamanı oğurlanan elektrik dirəkələrinin metal hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.​

# 2613
avatar

Oxşar yazılar