Bakı-Sumqayıt yolunda TIR piyadanı vurdu
19 aprel 2022 16:17 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda TIR piyadanı vurdu

Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Yolu keçməyə çalışan 30 yaşlı Əmralıyev Rafət Sahib oğlunu iri yük avtomobili, TIR vurub. Piyada ağır xəsarətlərlə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1764
avatar

Oxşar yazılar