Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB
06 may 2022 19:20 (UTC +04:00)

Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Lent.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - qeyd olunub.

# 2850
avatar

Oxşar yazılar