"Azərişıq" əməkdaşını cərəyan vurub öldürdü
11 avqust 2021 09:22 (UTC +04:00)

"Azərişıq" əməkdaşını cərəyan vurub öldürdü

Abşeronda 59 yaşlı kişini elektrik cərəyanı vurub.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 59 yaşlı Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Mehman Nəbiyev

Oxşar yazılar