Azərbaycanlı kursant Türkiyədə vəfat etdi
26 fevral 2025 17:55 (UTC +04:00)

Azərbaycanlı kursant Türkiyədə vəfat etdi

Rusiyada hərbi təhsil alan azərbaycanlı kurstan vəfat edib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar