Azərbaycanlı bu ölkədə polis rəisi  təyin olundu
11 iyun 2025 11:38 (UTC +04:00)

Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

Azərbaycanda doğulan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarında nəqliyyat üzrə yeni rəisi təyin olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu vəzifəyə polis mayoru Emil Azadoviç Həsənov təyin edilib.

Emil Həsənov 1989-cu ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini hüquqşünas ixtisası üzrə bitirib. O, 2013-cü ildə Daxili İşlər Nazirliyində işə başlayıb, Rusiyanın DİN-in Uzaq Şərq Federal Dairəsi üzrə yanğın təhlükəsizliyi müfəttişi vəzifəsindən başlayıb.

2015-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsində xidmət edir və cinayət axtarış idarəsinin əməliyyatçısı vəzifəsindən polis rəisinin müavini vəzifəsinə (ictimai asayişin mühafizəsi üzrə) qədər yüksəlib. 2022-ci ilin yanvarından Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsinin xətti şöbəsinin rəis müavini - polis rəisi vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750

Oxşar yazılar