Azərbaycanın tanınmış psixiatrı VƏFAT ETDİ
06 dekabr 2022 11:04 (UTC +04:00)

Azərbaycanın tanınmış psixiatrı VƏFAT ETDİ

Azərbaycanın tanınmış psixiatrı, professor Nadir Əliyev bu gün vəfat edib.

Lent.az xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Nadir Abbasәli oğlu Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. 1970-ci ildə Azәrbaycan Dövlәt Tibb İnstitutunu bitirib.

O, 1983-1991-ci illərdə Bakı şəhər 3 saylı ruhi xәstәxananın baş hәkimi, 1992-1993-cü illərdə 2 saylı vәrәm sanatoriyasının baş hәkimi, 1993-1994-cü illərdə Bakı şəhər psixonevroloji dispanserin baş hәkimi, 1994-1997-ci illərdə Bakı şəhər 2 saylı ruhi-әsәb xәstәxanasının baş hәkimi, 1997-2012-ci illərdə isə Bakı şəhər ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәlәrindә çalışıb.

Allah rəhmət eləsin!

# 3756
avatar

Arzu Qurbanlı

Oxşar yazılar