Azərbaycanda yeniyetmənin meyiti sudan çıxarıldı -  YENİLƏNİB
11 iyun 2021 19:56 (UTC +04:00)

Azərbaycanda yeniyetmənin meyiti sudan çıxarıldı - YENİLƏNİB

Mingəçevirdə kanalda batan şəxsin meyiti sudan çıxarılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, meyit FHN-in əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

19:01

 

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə kanalda batan şəxslə bağlı məlumat yayıb.

Lent.az-ım nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə iyunun 11-də axşam saatlarında 1 azyaşlının (şəxsiyyəti dəqiqləşdirilir) Yuxarı Qarabağ su kanalına (Mingəçevir şəhəri ərazisi) düşməsi barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanala düşmüş şəxsin axtarışlarına cəlb olunub.

***

18:46

Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, yeniyetmənin Qarabağ kanalında batdığı bildirilir.

Hazırda hadisə yerinə dalğıc axtarış qrupu cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Oxşar yazılar