Azərbaycanda yeniyetmə qızı ZORLA QAÇIRDILAR
10 iyun 2022 17:46 (UTC +04:00)

Azərbaycanda yeniyetmə qızı ZORLA QAÇIRDILAR

Bərdədə qız qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 17 yaşlı yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. 

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Mehman Nəbiyev

Oxşar yazılar