Azərbaycanda qızı polisə şikayət edən   kişi cərimələndi
09 iyul 2024 18:51 (UTC +04:00)

Azərbaycanda qızı polisə şikayət edən kişi cərimələndi

Sosial şəbəkələrdə Astara rayon sakini olan kişini polisin səbəbsiz yerə saxlaması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, Astara rayon sakini Oruc Məmmədovu polisin heç bir səbəb olmadan saxlaması barədə səsləndirilən iddialar əsassızdır.

O.Məmmədovun qızı Fatma Məmmədova DİN-in "102" xidməti zəng mərkəzinə müraciət edərək qonşusu Rövşən İsmayılovun təhqir etməsi barədə məlumat verib. Həmin müraciətlə əlaqədar Polis Şöbəsində F.Məmmədovanın izahatı alınarkən Oruc Məmmədov şöbənin inzibati binasının qarşısına gələrək uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub. 

Polis əməkdaşları dəfələrlə intizama dəvət etsə də, o, buna məhəl qoymayıb və hərəkətlərini davam etdirib. 

O.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə cərimə olunaraq sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3765
avatar

Oxşar yazılar