Şəkidə qəzaya uğrayan avtobus
05 iyun 2022 19:31 (UTC +04:00)

Şəkidə qəzaya uğrayan avtobus

Azərbaycanda müəllim və şagirdlərin olduğu avtobus dərəyə aşdı - YENİLƏNİB-3

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

saat 19.28

Bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, hadisə yerinə dərhal polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bildirilib ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

Qeyd edək ki, TƏBİB-in yaydığı məlumatda bildirilib ki, Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

***

saat 17.39

Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avtobusu idarə edən şəxs 959-cu il təvəllüdlü Ağdam rayon sakini Elyar Əhmədov olub.

Elyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

***

saat 17.23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

saat 17.03

Şəkidə turistlərin olduğu avtobus aşıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan “İsuzu” markalı avtobus dərəyə aşıb.

Qəza nəticəsində yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12693
avatar

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45