Azərbaycanda müəllim əməliyyat masasında öldü - FOTO
19 may 2022 10:10 (UTC +04:00)

Azərbaycanda müəllim əməliyyat masasında öldü - FOTO

Azərbaycanda müəllim xəstəxanada dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, hadisə mayın 18-i Bakıda yerləşən klinikalardan birində qeydə alınıb. Açıq ürək əməliyyatına alınan Sabirabad rayon A. Ağarəhimov adına Yenikənd kənd orta məktəbinin riyaziyyat müəllimi 66 yaşlı Həsənov Kamal Əliyusif oğlu əməliyyat masasında ölüb.

Məlumata görə, K. Həsənov “narkoz”dan ayılmamış damarı partlayıb. Buna görə də o, yenidən əməliyyata götürülüb. Lakin bu dəfə onun həyatını xilas etmək mümkün olmayıb.

Kamal Həsənov doğulduğu Sabirabad rayonunda dəfn edilib.

Kamal Həsənov

# 4734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar