Azərbaycanda kişini qatar vurub öldürməsilə bağlı cinayət işi açıldı
22 iyun 2022 09:27 (UTC +04:00)

Azərbaycanda kişini qatar vurub öldürməsilə bağlı cinayət işi açıldı

Ucarda kişini qatar vurub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 45 yaşlı Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki,  Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda  iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814
avatar

Mehman Nəbiyev

Oxşar yazılar