Azərbaycanda "Jiquli"ni qaçırıb yandırdılar
21 avqust 2021 15:11 (UTC +04:00)

Azərbaycanda "Jiquli"ni qaçırıb yandırdılar

Şirvanda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinə avqustun 20-nə keçən gecə şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Hacıqəhramanlı qəsəbəsi ərazisində yanmış halda tapılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S.Qasımzadə müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Mehman Nəbiyev

Oxşar yazılar