Azərbaycanda FACİƏ:   İki azyaşlı yanaraq öldü-YENİLƏNİB -FOTO
04 dekabr 2022 16:04 (UTC +04:00)

Azərbaycanda FACİƏ: İki azyaşlı yanaraq öldü-YENİLƏNİB-FOTO

Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdən (müxtəlif konstruktiv elementlərdən ibarət özbaşına tikililər) ümumi sahəsi 45 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, ümumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

saat 15.04

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 5766
avatar

Oxşar yazılar