Azərbaycanda evdən 100 min manat  apardılar
28 mart 2023 09:33 (UTC +04:00)

Azərbaycanda evdən 100 min manat apardılar

Şirvanda 4 ay müddətində evdən 100 min manatlıq oğurluq olub.

Lent.az xəbər verir ki, 24.11.2022-ci ildən 23.03.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər Şirvan şəhər sakini Qafarzadə Arif Firuz oğlunun yaşadığı evə qanunsuz daxil olaraq 50 min ABŞ dolları və 15 min manat pulu gizli yolla talayıb, zərərçəkmişə ümumilikdə yüz min manat məbləğində maddi ziyan vurular.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a bildirib ki, mart ayının 26-da Şirvan şəhər sakini A.Qafarzadə Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək üzləşdiyi oğurluq hadisəsi ilə bağlı məlumat verib. Daxil olan müraciətlə bağlı ŞPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

# 2244
avatar

Oxşar yazılar