Azərbaycanda borcu olan daha 9 nəfər tutuldu
11 may 2021 10:53 (UTC +04:00)

Azərbaycanda borcu olan daha 9 nəfər tutuldu

Respublikanın daxili işlər orqanları mayın 10-da törədilmiş 28 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt, qanunsuz saxlanılan silah-sursat bağlı 2 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar