Azərbaycan qəbiristanlığında DƏHŞƏT:  kəsilmiş insan ayağı   tapıldı
06 iyul 2022 09:23 (UTC +04:00)

Azərbaycan qəbiristanlığında DƏHŞƏT: kəsilmiş insan ayağı tapıldı

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, ötən gün 17:30-da qəbirstanlığın mollası insan ayağı aşkar edib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarın parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib.

Faktla bağlı araşdırma aparılır.

# 2859
avatar

Oxşar yazılar