Azərbaycan onu həbs edərək Gürcüstana verdi
26 may 2025 14:59 (UTC +04:00)

Azərbaycan onu həbs edərək Gürcüstana verdi

0

Gürcüstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Lent.az xəbər verir ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. 

İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib. 

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1360

Oxşar yazılar