Ayılar restorana hücum etdi
02 dekabr 2023 23:04 (UTC +04:00)

Ayılar restorana hücum etdi

Qış yuxusuna gedə bilməyən ayılar Uludağda (Türkiyə) yerləşən turizm məkanlarından birinə hücum edib.

Lent.az xəbər verir ki, meşədə yemək tapa bilməyən heyvanlar  Sarıalan kəndinə gələrək yemək axtarmağa başlayıblar. 

Bunu görən sakinlər heyvanların hərəkətlərini lentə alıblar. Ayılardan biri onların videosunu çəkən adamlara hücum edib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Ərazidəki restoran sahibləri ayılara yemək veriblər. 

Qeyd edək ki, adətən, yeddi aya qədər qış yuxusuna gedən ayılar bu dəfə hansısa səbəblər üzündən yat­mağı “unudublar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar