Avtobus  neft çəni ilə toqquşdu:   20 ölü
16 avqust 2022 14:47 (UTC +04:00)

Avtobus neft çəni ilə toqquşdu: 20 ölü

Pakistanda avtobusun tankerlə toqquşması nəticəsində 20 nəfər ölüb

Pakistanda avtobus və neft çəninin toqquşması nəticəsində 20 nəfər ölüb, 6 nəfər sağ qalıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, qəza Multan şəhəri yaxınlığında baş verib.

Toqquşma nəticəsində yanğın başlayıb: alov həm çəni, həm də avtobusu bürüyüb.

Polis sözçüsü İmran Şövkət bildirib ki, üç avtobus yarışıb. Onlardan biri neft çəninə çırpılıb.

Xilasedicilərin sözlərinə görə, avtobus Karaçi liman şəhərinə gedirmiş. 
 

# 1074
avatar

Oxşar yazılar