Atasının tez-tez döydüyü qız özünü öldürdü:  Kimsə kömək etmədi
29 noyabr 2023 10:59 (UTC +04:00)

Atasının tez-tez döydüyü qız özünü öldürdü: Kimsə kömək etmədi

Buryatiyadan olan məktəbli qız sərxoş halda bir neçə il onu döyən atasına görə intihar edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Eravninsky rayonunda üç uşaqdan ibarət bir ailədə baş verib. 2021-ci ilin sentyabr ayının əvvəlindən 14 yaşı olan böyük qız ən kiçik səhvlərinə görə belə, atası tərəfindən mütəmadi olaraq zorakılığa məruz qalıb. Atası onu yalnız içki içdikdən sonra döyürmüş.

Atanın qızını döyməsi iki il davam edib. Qız baş verən hər şeyi Telegram kanalında paylaşıb, lakin abunəçilərindən heç biri kömək etməyib. O, daha dözə bilməyib və intihar edib. Ata saxlanılaraq, istintaqa cəlb olunub.

# 2016
avatar

Oxşar yazılar