Arvad tapmayan kişilərin  başına oyun açdı, 3 ilə 15 dəfə  evləndi
11 iyun 2025 12:46 (UTC +04:00)

Arvad tapmayan kişilərin başına oyun açdı, 3 ilə 15 dəfə evləndi

Hindistanda son üç il ərzində 15 saxta nikah təşkil edən nikah fırıldaqları üzrə ixtisaslaşmış cinayətkar qrup yaxalanıb.

Fırıldaqçılar Uttar Pradeş ştatında yerləşən Prayaqrac şəhərində ifşa edilib. Üç il ərzində 15 dəfə arvad olmuş və daha altı potensial bəy üçün gəlin siyahısına 
salınan qadın həbsxanaya göndərilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ondan başqa, Hindu və İslam dinlərinin yalançı din xadimləri də əməllərinin əvəzini ödəyiblər. Cinayətkar qrupa özlərini gəlinin qohumu kimi təqdim edən şəxslər də daxil olub.

Uttar Pradeş və ətraf ştatlarda evlilik fırıldaqları halları artmağa başlayandan sonra dəstənin yaxalanması üçün əməliyyat başlayıb. Fırıldaqçılar həyat yoldaşı tapmaqda çətinlik çəkən gəncləri hədəfə alıb, onların etibarını qazanıb saxta toylar təşkil ediblər. Çox keçmədən “gəlin” evdən bütün qiymətli əşyaları oğurlayaraq naməlum istiqamətdə gözdən itib.

Dəstənin həbsi Prayaqracda törədilən növbəti fırıldaqdan sonra mümkün olub. Əvvəlcə hüquq-mühafizə orqanları özünü gəlin kimi təqdim edən qadını həbs edib, daha sonra cinayətkar qrupun qalan hissəsini saxlayıb.

İstintaq zamanı məlum olub ki, cinayətlərin arxasında duran şəxs Racastandan olan Şriram Qurjara olub. Qurbanları axtaran və cinayət planları hazırlayan o imiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar