"Araz supermarket" məhkəməyə verildi - SƏBƏB
19 may 2021 16:37 (UTC +04:00)

"Araz supermarket" məhkəməyə verildi - SƏBƏB

“Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

Lent.az-ın məlumatına görə, supermarket barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsilə protokol tərtib olunub.

Cərimə protokolu baxılması üçün Bakı şəhər Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüqar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, sözügedən maddəyə görə, “Araz supermarket" 4 min manatdan 6 min manatadək cərimələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Mehman Nəbiyev

Oxşar yazılar