Ana uşağına DAĞ BASDI:  "Məni cinlər məcbur etdi" - FOTO
11 mart 2022 18:25 (UTC +04:00)

Ana uşağına DAĞ BASDI: "Məni cinlər məcbur etdi" - FOTO

Azərbaycanda ana uşağına işgəncə verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib: 

“Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirirdi ki, "cinlər məni məcbur etdi, çırpdım uşağı yerə..." 

Çırpılmaqdan uşağın üzü bu günə düşməz. Demək ki, cinlər ritual həyata keçirib...”

Ağazadə Lent.az-a açıqlamasında isə uşağın anasının ruhi xəstə olduğunu vurğuladı:

“Uşağın anası qeydiyyatda olan ruhi xəstədir. Hazırda dispanserə yerləşdirilib. Uşağı bizə 40-cı bölmənin polisləri gətirib, vəziyyəti normaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3287

Oxşar yazılar