Ağstafada şagird məktəbdə ÖLDÜ
29 sentyabr 2022 11:45 (UTC +04:00)

Ağstafada şagird məktəbdə ÖLDÜ

Ağstafada 15 yaşlı məktəbli qəflətən ölüb.

Bu barədə Lent.az-a Ağstafa şəhər 1 nömrəli məktəbdən məlumat verilib.

Belə ki, məktəbin 10-cu sinif şagirdi, 15 yaşlı Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Xəstəxanaya aparılan şagird yolda həyatını itirib.

Qeyd edək ki, bu barədə ilkin xəbər apa.az saytında yayımlanıb.

# 3159
avatar

Fidan İlqar

Oxşar yazılar