Ağdaşda xəstəxanada cibgirlik edən tutuldu - VİDEO
29 avqust 2024 10:01 (UTC +04:00)

Ağdaşda xəstəxanada cibgirlik edən tutuldu - VİDEO

Ağdaş rayon Polis Şöbəsinə müraciət edən rayon sakini xəstəxanada olarkən cibində olan 530 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Zavur Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb,araşdırmalar davam etdirilir. Z.Həsənovun digər analoji cinayətlər törətdiyi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar