Abşeronda QƏZA:  Ölən var
27 mart 2024 14:54 (UTC +04:00)

Abşeronda QƏZA: Ölən var

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Eldəniz Əhmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Rasim Hacıyevin idarə etdiyi "VAZ 21063" markalı avtomobil toqquşub.

Nəticədə Rasim Hacıyev və sərnişini Samirə Hacıyeva müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq Rasim Hacıyev xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

# 2085
avatar

Arzu Qurbanlı

Oxşar yazılar