Gömrükdə ələ keçirilən telefonlar
12 noyabr 2021 18:29 (UTC +04:00)

Gömrükdə ələ keçirilən telefonlar

ABŞ-dan gətirilən maşında gizlədilən son model "iPhone"lar aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli miqdarda mobil telefonların gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Lent.az-averilən xəbərə görə, həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı "Mercedes E 240" markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd "iPhone 13 PRO" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar