Xuliqanlıq edən yeniyetmələr saxlanıldı
17 dekabr 2019 11:47 (UTC +04:00)

Xuliqanlıq edən yeniyetmələr saxlanıldı

Nərimanov rayonunda quldurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 16-da rayon ərazisində yerləşən Dədə Qorqud parkında qeydə alınıb. Naməlum şəxslər Abşeron rayon sakini, 18 yaşlı  Ş.Ələkbərliyə qarşı fiziki güc tətbiq etməklə onun mobil telefonunu alıblar.

Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxta sakinləri, 16 yaşlı S.Məcidov, Ü.Süleymanov və17 yaşlı R.Qurbanov müəyyən edilərək saxlanılıblar.

Davam edən araşdırmalar nəticəsində S.Məcidovun həmin gün saat 19 radələrində Ü.Bünyadzadə küçəsində xuliqanlıq zəminində 17 yaşlı Bakı sakini Ə.Kərimlini döydüyü məlum olub.

Faktla bağlı toplanan məlumatlar əsasında Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. İstintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar