Silahlı şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT: tutulanlar var
14 avqust 2020 18:35 (UTC +04:00)

Silahlı şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT: tutulanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə,  Baş İdarəyə Sübhan adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sübhan İsayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Steyr” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdiyi daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aslan Məhərrəmov saxlanılıb.  Ondan 1 ədəd revolver sistemli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının İmişli rayonunda keçirdiyi əməliyyat zamanı isə rayon sakini Natiq Məmmədov tutulub. Onun İmişli rayonunda yaşadığı evə baxış zamanı  1 ədəd “Kalaşnikov” markalı avtomat, ona aid 5 ədəd daraq,  ümumilikdə 167 ədəd patron və  2 ədəd qaz tapançası aşkar edilib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sübhan İsayev, Aslan Məhərrəmov və Natiq Məmmədov  barəsində Nərimanov rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3777

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51