Obyekt açılışını yeyib-içməklə qeyd edənlər cəzalandırıldı
21 avqust 2020 10:21 (UTC +04:00)

Obyekt açılışını yeyib-içməklə qeyd edənlər cəzalandırıldı

Balakən rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb,  yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxsi müəyyən edib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.

İcarədar  barəsində Balakən rayon Polis Şöbəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824

Oxşar yazılar