Salyanda xəstəlikdən əziyyət çəkən azyaşlı ölüb.
Lent.az-ın məlumatına görə, dekabrın 14-də saat 13:30-da rayonun Boranıkənd kənd sakini, 7 yaşlı Abbasov Qurban Gündüz oğlunun meyiti Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Aparılan araşdırma zamanı müəyyən olunub ki, 2-ci sinif şagirdi Qurban Abbasov dekabrın 12-də “xroniki dekompsnsə olunmuş tonzillit, adenoid” diaqnozu ilə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həmin gün cərrahiyyə şöbəsində onun üzərində “Adenotonzillentomiya” əməliyyatı keçirilib. Xəstə dekabrın 13-də saat 13:30-da evə buraxılıb. Ertəsi gün, dekabrın 14-də Qurban Abbasovun səhhəti pisləşdiyi üçün yenidən xəstəxanaya aparılanda yolda ölüb.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.