Karantində gizli fəaliyyət göstərən restoran aşkarlandı - VİDEO
15 avqust 2020 13:58 (UTC +04:00)

Karantində gizli fəaliyyət göstərən restoran aşkarlandı - VİDEO

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının Ceyranbatan qəsəbəsində keçirdiyi tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Restoranın sahibi 3000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2938

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51