İstanbul Hava Limanında polis əməliyyat keçirib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində dəyəri 70 milyon lirə ( təxminən 20 milyon manat) olan 1 ton 745 kq narkotik ələ keçirilib. Aşkarlanan narkotikin qanunsuz olaraq yeni dövriyyəyə buraxılmış kratom olduğu bildirilir.
Türkiyə Dövltə Gömrük Komitəsinin verdiyi açıqlamada narkotiklərin İndoneziyadan ABŞ-a göndərildiyi qeyd olunur. Əvvəlcədən verilən məlumat əsasında kinoloji xidmətin itləri tərəfindən yoxlanılıb. İtlərin reaksiyası nəticəsində paketlərdən nümunə götürülərkən onun kratom narkotik vasitəsi olduğu üzə çıxıb.
Faktla bağlı araşdırma davam edir.