Həmkəndlisinin evindən bunları apardı - FOTOLENT
05 dekabr 2019 09:47 (UTC +04:00)

Həmkəndlisinin evindən bunları apardı - FOTOLENT

Qubada oğurluq hadisəsi qeydə alınıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zizik kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Zülfüqar Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə gecə saatlarında qanunsuz olaraq daxil olduğunu, oradan oğurladığı məişət əşyalarının və avadanlıqların bir qismini yaşadığı evdə saxladığını, digər bir qismini isə dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları tərəfindən Z.Bayramovun evində saxladığı, eləcə də satdığı əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1150

Oxşar yazılar

Bakıda kişi evin həyətində ölü tapıldı

Bakıda kişi evin həyətində ölü tapıldı

24 iyul 2025 , 19:33
Lerikdə yanğın törədənlər   saxlanıldı

Lerikdə yanğın törədənlər saxlanıldı

24 iyul 2025 , 19:28
Əmioğulları   çayda batdı

Əmioğulları çayda batdı

24 iyul 2025 , 18:43
Evdən 7 minlik qızıl  oğurlandı

Evdən 7 minlik qızıl oğurlandı

24 iyul 2025 , 17:20
Rusiya ordusunun daha bir azərbaycanlı hərbçisi  Ukraynada həlak oldu

Rusiya ordusunun daha bir azərbaycanlı hərbçisi Ukraynada həlak oldu

24 iyul 2025 , 17:18
Azərbaycanın axtardığı 42 cinayətkar  xaricdə tutuldu

Azərbaycanın axtardığı 42 cinayətkar xaricdə tutuldu

24 iyul 2025 , 16:08
12 prokuror cəzalandırıldı, 4-ü işdən qovuldu

12 prokuror cəzalandırıldı, 4-ü işdən qovuldu

24 iyul 2025 , 16:00
İqtisadçı jurnalistin meyiti tapıldı  - Müəmmalı ÖLÜM

İqtisadçı jurnalistin meyiti tapıldı - Müəmmalı ÖLÜM

24 iyul 2025 , 15:50