Goranboyda 15 yaşlı oğlanın öldürdüyü ana və nənənin FOTOSU  - YENİLƏNİB
25 iyul 2025 10:45 (UTC +04:00)

Goranboyda 15 yaşlı oğlanın öldürdüyü ana və nənənin FOTOSU - YENİLƏNİB

Goranboya 15 yaşlı yeniyetmə tərəfindən öldürülən ana və nənənin fotosu yayılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qətl qısqanclıq zəminində törədilib. 

Hazırda hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir. 

***

saat 09:43

 

İyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 47 yaşlı Lalə İsmayılova və 77 yaşlı Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla 15 yaşlı R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***
02:47

Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

***

02:15

Goranboyda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, iki qadın - 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248

Oxşar yazılar