Avtomobildə smartfonu şarj etmək təhlükəlidir
25 iyul 2025 10:22 (UTC +04:00)

Avtomobildə smartfonu şarj etmək təhlükəlidir

Smartfonu avtomobildə şarj etmək ilk baxışda rahat görünə bilər, amma əslində ciddi problemlərə səbəb ola bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər: ucuz kabellər, qeyri-sabit gərginlik və keyfiyyətsiz avtomobil elektronikası təkcə cihazın sıradan çıxmasına deyil, hətta batareyanın partlamasına gətirib çıxara bilər.

Bir çox insan üçün yolda olarkən telefonu şarj etmək adi haldır. Avtomobilin USB portu və ya siqaret çaxanı (prikurivatel) sanki əvəzolunmaz köməkçiyə çevrilib. Lakin bu "rahatlığın" arxasında real elektronika riski dayanır – və bu təkcə telefona aid deyil.

Texniki mütəxəssislərin sözlərinə görə, avtomobillərdəki daxili USB portları müasir smartfonları stabil şəkildə doldurmaq üçün nəzərdə tutulmayıb. Verilən gərginlik tez-tez dəyişir, xüsusilə mühərrik boş vəziyyətdə işləyərkən və ya elektrik sisteminə qəfil yük düşərkən. Bu isə telefon batareyasının tədricən sıradan çıxmasına, hətta qızmasına səbəb ola bilər.

“Ən təhlükəlisi ucuz Çin adapterlərindən istifadə etməkdir. Onlarda nə qoruma, nə də gərginlik sabitləşdirici olur. Biz artıq elə hallarla rastlaşmışıq ki, telefon avtomobil salonunda partlayıb. Belə hadisələrdən biri Lvov vilayətində baş verib – kişi köhnə maşında ucuz adapter vasitəsilə telefonu doldurarkən belə nəticə yaranıb".

Başqa bir təhlükə isə sürücülərin istifadə etdiyi ucuz kabellərdir. Belə kabellər qızaraq əriyə, hətta qısaqapanmaya səbəb ola bilər. Bu, xüsusilə yay aylarında təhlükəlidir – çünki avtomobil salonundakı temperatur +40°C-dən də yüksək ola bilər.

Mütəxəssislər avtomobilin elektrik sistemindən birbaşa enerji almaq vərdişindən imtina etməyi tövsiyə edirlər.

Daha təhlükəsiz alternativ – keyfiyyətli powerbank və ya gərginlikdən qorunma funksiyası olan orijinal doldurucu cihazlardır. İlk baxışda sadə görünən bu hərəkət – əslində ciddi maliyyə itkisinə və daha pis halda həyati təhlükəyə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar