Bakıda oğurluq hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə noyabrın 18-i günorta saatlarında Xətai rayonu Məzahir Rüstəmov 15 ünvanında yerləşən “Fialka Gimnastika Mərkəzi”ndə baş verib. Mərkəzin adminstratoru Flora Vlasovanın çantasından qızıl-zinyət əşyaları və pul oğurlanıb.
Oğru təhlükəsizlik kameralarına düşüb. Görüntülərdən belə məlum olur ki, oğurluq edən şəxs çantanı götürərək kameralar olmayan soyunub-geyinmə otağına keçib. Dəyərli əşyaları və pulu götürdükdən sonra çantanı yerinə qoyub və binanı tərk edib.
Gimnastika Mərkəzindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi üzrə 34-cü Polis Bölməsinə şikayət olunub.
Faktla bağlı araşdırma aparılır.